"Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur" -Zelenski

Ukraynanın daha ordunun maliyyələşdirilməsini təmin etmək üçün maliyyə resursları yoxdur.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.
Onun fikrincə, Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir: "Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil".
Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcək ayrıca proqramlar yaratmaq lazımdır.
Digər Xəbərlər

Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb

Tramp: Qrenlandiya mütləq Amerika olacaq

Suriyada yeni hökumət formalaşır

Moskvada FTX binasının qarşısında Prezident Administrasiyasının maşını partladı - VİDEO

BMT Baş katibi dünya müsəlmanlarını təbrik etdi

Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib

Myanmadakı zəlzələ nəticəsində 1 644 nəfər ölüb - YENİLƏNİB
