Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

Medellin kokain kartelinin keçmiş liderlərindən biri, ABŞ-da 33 il həbsdə yatmış Karlos Leder Frankfurtdan Kolumbiyaya qayıdarkən həbs edilib.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin miqrasiya xidməti məlumat yayıb.
Qeyd olunub ki, barəsində aktiv həbs orderi olan Karlos Enrike Leder Rivas Kolumbiya polisinə təhvil verilib.
O, hazırda öz ölkəsində silah alverində ittiham edilir və buna əsasən, Pablo Eskobarın keçmiş şəriki 24 il həbsdə yatmalıdır. Lederin vəkili Sondra Makkollins iddia edib ki, müvəkkili Kolumbiyaya uçmazdan əvvəl ölkənin Baş Prokurorluğu onun heç bir cinayət işində müttəhim olmadığı barədə sorğusuna cavab verib.
Leder Medellin kartelinin yaradıcılarından biri olub. 1987-ci ildə o, ABŞ-yə ekstradisiya edilib və orada narkotik alverinə görə 135 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Amerika səlahiyyətliləri ilə razılaşmaya görə cəza 55 ilə endirilib.
ABŞ məhkəməsi hazırda 75 yaşlı keçmiş narkobaronun səhhətində problemlər olduğu və cəzasının üçdə ikisini çəkdiyi üçün onun vəsatətini təsdiqləyib. 2020-ci ildə Leder azad edilib və atası alman olduğu üçün ona sənədləri təqdim edən Almaniyaya deportasiya olunub./report
Digər Xəbərlər

Litvada itkin düşən amerikalı hərbçilərin meyitləri tapıldı

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır
