Pezeşkian Azərbaycana gələcək

İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın telefon danışığına əsasən məlumat yayıb.
Qeyd edilib ki, Pezeşkian telefon danışığı zamanı qarşıdak səfərindən danışaraq deyib: “Ümid edirəm ki, səfər zamanı ikitərəfli münasibətlərin, eləcə də iki qonşu ölkə arasında dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə səmərəli və uğurlu məsləhətləşmələr aparacağıq”.
Digər Xəbərlər

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB

İlham Əliyev Almaniya Prezidentini qarşıladı

Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
