29 Mart 2025 23:50
1228
DÜNYA

Moskvada FTX binasının qarşısında Prezident Administrasiyasının maşını partladı - VİDEO

Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında Rusiya Prezident Administrasiyasına məxsus Aurus Senat markalı limuzin partlayaraq yanıb.

Adalet.az xəbər verir ki, bu barədə "BAZA" telegram kanalı məlumat yayıb. 

İlkin ehtimallara görə, avtomobil xarici təsir (kənardan idarə edilən partlayıcı qurğu) vasitəsilə partladılıb. 

Baş vermiş partlayışla bağlı araşdırmalara başlanılıb.