01 Aprel 2025 08:55
291
MƏMLƏKƏT

Azərbaycanda 12 günlük bayram tətili BAŞA ÇATDI

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.

Adalet.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyündən qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olub. Martın 29-30-u isə şənbə və bazar günlərinə düşüb. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edib. Yəni martın 20-dən 31-dək Azərbaycanda iş günü olmayıb.

Bayramdan sonra ilk iş günü bu gün - aprelin 1-dədir.