“Kanal S" Nigar Fərhadla bağlı QƏRAR VERDİ

"Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhadın "Oğluma atasız qız almaram" sözləri son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub və "Kanal S" verilişin yayımını dayandırıb.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı kanal rəsmi açıqlama yayıb.
"Efirimizdə yayımlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad tərəfindən səslənən fikrin Azərbaycan Respublikasının Media haqqında qanununun 14.1.4-cü maddəsinin tələblərini pozması tərəfimizdən böyük təəssüf hissi doğurur. Aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərarı alınıb" deyə, açıqlamada bildirilib.
Digər Xəbərlər

"Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova

Xalq və bəstəkar mahnıları səsləndirilir

Rəfiqə Qafarova: “O kəpənək babamın ruhun təmsil edirdi”

İlqarə Kazımova: “Özlərini anama bənzədirlər”

Kamilə Nəbiyeva: “Sənətimi ailəmə qurban verməzdim”

Aktrisa: “Mən sənətə gələndə Çimnaz hansı sənətə qulluq edirdi”?

Aynişan: Səni mütləq tapacağıq, məsələ pul deyil!
