25 Aprel 2025 10:47
111
ŞOU-BİZNES

"Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova

"Qadın kimi xoşbəxt ola bilmədim. Şükür ki, ana, aktrisa kimi xoşbəxtəm".

Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "7 Tamam" verilişində deyib. 

"Xoşbəxt anlar mənə qismət olub. Hər bir qadın qadın olmaq, diqqət, qayğı görmək istəyir. Özü də təhsil almış, savadlı xanımlar daha çox diqqət-qayğı istəyir. Qızım xoşbəxt olsun. Mən qadın kimi xoşbəxt olmadım, inşallah, övladım xoşbəxt olar".