25 Aprel 2025 18:51
386
SİYASƏT

Azərbaycan Ermənistan və Fransaya çağırış edib

Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də bənzər əməlin ötən gün baş tutduğu Fransaya belə qəbuledilməz addımların qarşısını almaqla bağlı çağırış edib.