"Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır" - Prezident

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında əhəmiyətli rol oynayır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir.
“Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoq mövcuddur. Bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanlar var”.
Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, ölkə Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir.
Dövlət başçısı vurğuladı ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.
Digər Xəbərlər

Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub - YENİLƏNİB

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür

Azərbaycan Ermənistan və Fransaya çağırış edib

XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM

XİN-dən bayrağımızın Ermənistanda və Fransada yandırılması ilə bağlı BƏYANAT

İlham Əliyev ATƏT-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTOLAR
