25 Aprel 2025 18:46
308
SİYASƏT

XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur

ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. 

Adallet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:

“ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. Əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir".

C.Bayramov həmçinin bildirib ki, hazırda normallaşma prosesi getsə də, Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur.

Eyni zamanda nazir ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.