Aktrisa: “Mən sənətə gələndə Çimnaz hansı sənətə qulluq edirdi”?

Aktrisa Sonaxanim Əliyeva onun haqqında mənfi fikirlər səsləndirən izləyicilərinə qəzəblənib.
Adalet.az xəbər verir ki, o, sosial şəbəkələrdə onu mərhum həmkarı Çimnaz Sultanovaya bənzətdiklərini bildirib. Sənətçi bu fikirləri qəbul etməyib:
“Sosial şəbəkələrdə tez-tez mənim barəmdə yazırlar ki, bu da özünü Çimnaza oxşadır, ay Çimnaz elə, Çimnaz belə… Mən 30 ildir bu sənətdəyəm, mən sənətə gələndə heç bilmirəm Çimnaz hansı sənətə qulluq edirdi. Mən özümü heç kimə bənzətmirəm: nə geyim tərzim, nə üzüm, nə həyat tərzim, nə də davranışım”.
Əntiqə