Vulin: Serbiyada etirazlar yaxın günlərdə daha radikal hal ala bilər

"Aksiyaların yaxın günlərdə radikallaşacağını gözləyirəm".
Adalet.az xəbər verir ki, bunu Serbiyanın baş nazir müavini Aleksandar Vulin söyləyib.
“İlk öncə vurğulamaq istəyirəm ki, etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Lakin onları idarə edənlər Qərbin nəzarəti altındadır”, – o deyib.
Bununla yanaşı, respublikanın baş nazir müavini vurğulayıb ki, Serbiyanın güc strukturları “ölkəni qorumaq üçün yetərincə güclüdür”.
“Həmçinin gözləyirəm ki, yeni hökumətin formalaşmasından sonra vəziyyət tam nəzarətə götürüləcək”, – siyasətçi bildirib.
Daha əvvəl Vulin Serbiyadakı etirazların təşkilatçısının Trampın əleyhdarı olan “dərin dövlət” və Avropanın bir neçə xüsusi xidmət orqanı olduğunu iddia etmişdi.
Xatırladaq ki, 2024-cü il noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərindəki dəmir yolu vağzalında konstruksiyanın çökməsindən sonra respublikada hökumətə qarşı etiraz aksiyaları başlayıb və bu günədək davam edir. Etirazçılar faciəyə görə iqtidarı günahlandırırlar.
Digər Xəbərlər

İstanbuldakı etirazlarda təxribat törədən jurnalist deportasiya edildi

Zelenskinin sülhməramlılarla bağlı gizli planı üzə çıxdı

Temmi Bryus: Tərəflər Ukraynada atəşkəsə yaxındırlar

Rusiyanın əsirliyindən qayıdan ukraynalı hərbçinin FOTOSU təəccübləndirdi

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin - Türkiyə Prezidenti

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqları başa çatdı - YENİLƏNİB
