Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin - Türkiyə Prezidenti

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.
Çıxışında müxalifətə müraciət edən Türkiyə Prezidenti bildirib: "Əgər cəsarət edirsinizsə, korrupsiyanın, oğurluğun, rüşvətin hesabını verin".
"Artıq insanların əsəbləri ilə oynamayın. Təkcə şüarlarını deyil, mentalitetini də götürdüyünüz marjinal solçu təşkilatları bizim polisin üstünə çıxarmayın", - deyə R.T.Ərdoğan əlavə edib.