22 Mart 2025 09:21
141
İDMAN

Corc Forman vəfat etdi

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, amerikalı Corc Forman 76 yaşında dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə onun yaxınları "Instagram" səhifələrində paylaşım edərək məlumat veriblər.

"21 mart 2025-ci ildə yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Dualarınıza görə minnətdarıq," – paylaşımda deyilir.