23 Mart 2025 22:30
327
HADİSƏ

Gəncədə qızlar suşidən zəhərləndilər

Gəncə şəhərində üç nəfər gənc qız qidadan zəhərlənib.

Adalet.az xəbər verir ki, T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində xəstəxanaya yerləşdiriliblər.

Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.