Yer kürəsində ən güclü maqnit qasırğası başlayıb

Yer kürəsində 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu xəbərdarlıq edib.
Məlumata görə, kosmik hadisədən əvvəl Günəşdə güclü parltlayış baş verib.
Alimlər yerin sahəsindəki dəyişikliyin sağlamlığa mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Maqnit qasırğasının bu gün günortaya yaxın səngiməyə başlayacagı gözlənilir.