27 Mart 2025 17:09
418
GÜNDƏM

Agentliyin sədrinə yeni müavin təyin edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Adalet.az xəbər verir ki, bu vəzifəyə Emil Hüseynli gətirilib.

O, martın əvvəlindən səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Emil Hüseynli 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.