DYP səfərdən qayıdan sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
Adalet.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır:
"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər".
Digər Xəbərlər

Türkiyə səfirliyi 31 Martla bağlı paylaşım etdi - FOTO
jpg-1617343518.jpg)
Ermənilərin törətdiyi qırğınlar igilis və rus generallarının gözü ilə: “Erməni xisləti...”

Xankəndinin mərkəzindəki "edam otağı"ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – YENİLƏNİB

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

Leyla Əliyevadan Ramazan bayramı münasibətilə paylaşım - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım etdi - FOTO
