28 Mart 2025 20:26
405
GÜNDƏM

Aİ-nin “müşahidə missiyası” ərazilərimizi izlədi - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Adalet.az xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.