07 Aprel 2025 17:47
92
SAĞLAMLIQ

Aldığı kolbasanın içindən dəmir parçası çıxdı - VİDEO

Aparıcı Nübar Əbilin aldığı kolbasanın içərisindən dəmir parçası çıxıb.

Adalet.az xəbər verir ki, aparıcı həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

"Halal zəhmət" markasından olan kalbasanı sizinlə bölüşürəm. Onu doğrayanda gördüm ki, içində dəmir, yad cisim var. Mənim, ailə üzvlərimdən hər hansı birinin boğazına getsə, bu marka görəsən məsuliyyət daşıyacaq? Hər hansı bir məhsulu istehsal edə bilmirsinizsə, "halal" sözünü götürüb, bazardan çıxın" deyə, aparıcı əlavə edib.