Azərbaycan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,3 % artıb.
ÜDM istehsalının 37,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.
4 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 3 842 manat olub.
Digər Xəbərlər

Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"

Qərbin növbəti təzyiqi: “Zəngəzur” tankerinə sanksiya

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Azərbaycan nefti bahalaşdı

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA
