İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı DƏQİQLƏŞDİ

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Adalet.az xəbər verir ki, D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.