Rusiya Hüseyn Həsənovu axtarışa verdi

Milyonçu bloger Hüseyn Həsənov çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, o qiyabi həbs edilib. Hüseyni 7 ilə qədər həbs gözləyir.
Azərbaycanlı blogerə qarşı 174-cü maddənin 4-cü hissəsi - xüsusilə irimiqyaslı pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə cinayət işi açılıb. İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə daxil olub, ona baxılıb və qərar qəbul edilib. Bloger barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, hazırda o, axtarışdadır.
2024-cü ildən Hüseynin özü Rusiyada yaşamır; bəzi məlumatlara görə, o, Azərbaycana gəlib. 2024-cü ilin iyununda Moskva Federal Vergi Xidməti Həsənova qarşı 145 milyon rubl borcuna görə iddia qaldırıb. Daha sonra onun restoranlar və yeməklərin çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları bloklanıb.
Digər Xəbərlər

Mehin Hümbətovanın geyimi müzakirəyə səbəb oldu

Əməkdar artist: “Xəstə olmuşam, efirə baxa bilmirəm”

Mənim ərimin səhvi mil kimi düppədüzdür - VİDEO

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

Azərbaycan “Avroviziya 2025”in finalına keçə bilmədi - VİDEO + YENİLƏNİB

Sərxan Kərəmoğlu Asif Kərimovdan üzr istədi

Əməkdar artist: “Varlı deyiləm, bir evim, bir maşınım var”
