12 Aprel 2025 09:12
146
SİYASƏT

Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr aparıb

Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib.

Məlumata görə, müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.