12 Aprel 2025 19:44
413
DÜNYA

İran XİN:Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB

Omanda ABŞ ilə danışıqlar konstruktiv olub.

Adalet.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.

“Omanın vasitəçiliyi ilə baş tutan danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında baş tutub”, - məlumatda bildirilir.

Həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff gələn həftə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

18:36

İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Danışıqlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə həsr olunub və Omanın vasitəçiliyi ilə baş tutub.

İran nümayəndə heyətinin adını açıqlamayan üzvü İSNA agentliyinə deyib ki, məsləhətləşmələr uğurlu olub.

Həmçinin qeyd edilir ki, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.