Azərbaycanda tortdan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".
***
08:30
Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.
Adalet.az “Report”a istinadən xəbər verir ki, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların tortdan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi

Polis səhhəti pisləşən qaziyə kömək etdi - VİDEO

Hikmət Mirzəyevə ağır itki

Suda batan maşın belə çıxarıldı - VİDEO

Kürdəmirdə yük avtomobili YANDI - VİDEO

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Yağışlı havada ölümlə nəticələnən qəza baş verməyib
