Azərbaycanın dövlət borcu açıqlandı

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır.
Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.
Digər Xəbərlər

Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb

Tikinti materiallarını yola yığıblar

Evlər niyə bahalaşır?

Azərbaycan nefti bahalaşdı

Tarif Şurası sabit tariflə bağlı QƏRAR VERƏCƏK

Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişdi
