Azərbaycanla Belarus mineral gübrələrin istehsalını planlaşdırır

Azərbaycanla Belarus arasında kompleks mineral gübrələrin birgə istehsalına başlanılması planlaşdırılır.
Adalet.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bu gün keçirilən Azərbaycan-Belarus Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Yol Xəritəsi imzalanmış, məhsulun parametrləri və ixrac potensialı razılaşdırılıb:" Layihənin reallaşması daxili tələbatı təmin etməklə yanaşı, regional bazarlara çıxış imkanını da yaradacaq".
Y. Abdullayev qeyd edib ki, kənd təsərrüfatı Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri olaraq qalır: “Bu sahədə birgə işçi qrupu aqrar məhsulların ticarət dövriyyəsinin artırılması və sahəyə investisiyaların cəlb olunması üzərində fəal çalışır. Azərbaycanda yüksək məhsuldarlığa malik torpaqlar mövcuddur və burada birgə maldarlıq aqrokomplekslərinin yaradılması mümkündür. Biz Belarusun aqrar qəsəbələrin inşası sahəsindəki uğurlu təcrübəsinin tətbiqində maraqlıyıq".
O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa layihələri həyata keçirilir: “Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında aparılır".
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
