Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb.
Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib və ilin ilk 3 ayında turizmdən rekord məbləğdə– 9.5 milyard ABŞ dolları gəlir əldə edib.
2025-ci ilin yanvarın 1-dən martın 31-dək Türkiyə 8.844 milyon turist qəbul edib və 9.5 milyard ABŞ dolları həcmində turizm gəliri əldə edib. Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə tarixində birinci rüb üzrə ən yaxşı nəticəni göstərib.
Ersoy qeyd edib: “BMT Turizm Təşkilatının məlumatlarına əsasən, Türkiyə 2024-cü ildə dünyanın dördüncü ən böyük gəlmə turizm bazarına çevrildi. Keçən il üçün 60 milyon beynəlxalq ziyarətçi qəbul etməyi hədəfləmişdik, amma ili 62.2 milyonla başa vuraraq yeni rekorda imza atdıq. 2025-ci ilin sonu üçün hədəfimiz 65 milyon ziyarətçi qəbul etmək və 64 milyard ABŞ dolları həcmində turizm gəliri əldə etməkdir. Aprel və sonrakı dövrlər üçün gözləntilərimiz, həmçinin 2025-ci ilin ilk üç ayında turizm gəlirlərində müşahidə olunan 5.6%-lik artım bu hədəflərə çatacağımızı təsdiqləyir.”
2025-ci ilin ilk üç ayında Türkiyəni 733,000 iranlı, 601,000 rus, 572,000 alman, 560,000 bolqar və 304,000 britaniyalı vətəndaş ziyarət edib. Bu ziyarətçilər Türkiyədə orta hesabla 11 gecə qalıb və hər gecəyə təxminən 98.90 ABŞ dolları xərcləyiblər.
Digər Xəbərlər

Pensiya kapitalından necə istifadə etmək olar? - AÇIQLAMA

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

Bir sıra nəqliyyyat vasitələri özəlləşdirilib
