“AzerGold” QSC III Şuşa Qlobal Media Forumunda təmsil olunub -FOTOLAR

“AzerGold” QSC ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda təmsil olunub. 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.
“AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.
Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə “Şuşa”, “Qarabağ inciləri”, “Natəvan” sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək “Laçın” qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Digər Xəbərlər

Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb

Tikinti materiallarını yola yığıblar

Evlər niyə bahalaşır?

Azərbaycan nefti bahalaşdı

Tarif Şurası sabit tariflə bağlı QƏRAR VERƏCƏK

Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişdi
