11 Oktyabr 2024 09:23
3802
TEXNOLOGİYA

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR

İnnovasiya və sürət lider “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammitini uğurla davam edir. Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller  "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb. 

Adalet.az xəbər verir ki, tədbirdə Klaus Müller ilə yanaşı, “Vodafone Group”un  regional direktoru Yohannes Hummer, “GSMA”nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və “Silknet”in İT direktoru Cheibanny Nagi də iştirak edib. Sessiyada çıxışı zamanı  Klaus Müller “Bakcell” həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin “Vodafone Group”la olan strateji tərəfdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, “Bakcell” və “Vodafone Group” arasında ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həll yolları və texnologiyaları təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, “Vodafone Group”la əməkdaşlıq çərçivəsində artıq “Bakcell” Azərbaycanda  ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verilib. Bundan əlavə, iştirakçılara “Bakcell”in “Kapital Bank” və “Uber”lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.

Bundan əlavə, “Bakcell” “INMerge” İnnovasiya Sammitində qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin “Bakcell”in süni intellekt dəstəkli çat-botu təqdim edilib.  

Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.