Rusiyada “Viber”ə məhdudiyyət qoyulub

Rusiyada “Viber” messencerinə məhdudiyyət qoyulub.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti bildirib.
“Viber” xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – qurumun teleqram kanalında diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu tələblərin yerinə yetirilməsi mesencerin “terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir”.
Digər Xəbərlər

DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir

"Azercell" bizim pulumuzu niyə oğurlayır...?

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

Yeniyetmələrin “TikTok”a girişi məhdudlaşdırılır

ETX: “Azərpoçt”un adından dələduzluq halları var
