07 Aprel 2025 13:59
121
HADİSƏ

Bakıda ana, ata və oğul qidadan zəhərləndi

Bakıda bir ailənin 3 üzvü qidadan zəhərlənib.

Adalet.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.

Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.