27 Noyabr 2024 17:03
583
SAĞLAMLIQ

Bakıda ekoloji tələbləri pozan obyektlər aşkarlandı

Noyabrın 26-da paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir şadlıq sarayında və ictimai iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, Sabunçu rayonu ərazisində keçirilən tədbir zamanı isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birinin tullantı emalı yeri müəyyənləşdirmədiyi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ekoloji tələblərin pozulmasına görə həmin obyektlərin icarədarları barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.