Bakıdan İrəvana gedib torpaq gətirən müəllim danışdı -VİDEO

Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Ogün Özdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Adalet.az xəbər verir ki, 6 aydır Bakıda yaşayan Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.
O, paylaşdığı video vasitəsilə İrəvandan bütün türk dünyasının Novruz bayramını təbrik edib.
Ogün Özdemir, həmçinin Azərbaycanın qədim torpağından azərbaycanlıları, o cümlədən Qərbi Azərbaycandan olan insanları salamlayıb.
Həmçinin blogerlik edən Özdemir Xəzər TV-yə açıqlamasında bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsindən də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkaçan deyil.
Özdemir deyir ki, İrəvan qədimdən, minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib.
Digər Xəbərlər
jpg-1680162089jpg-1711775781.jpg)
107 il əvvəlin bu günü: Andranikin quldur dəstəsi Qarabağda

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – YENİLƏNİB

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

Leyla Əliyevadan Ramazan bayramı münasibətilə paylaşım - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım etdi - FOTO

İlon Maskdan Azərbaycanla bağlı paylaşım

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNİB + FOTOLAR
