"Baku Castle", "White Palace", "Xəmsə", "Ağ Çiçəyim" cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Adalet.az-a bildirib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", “Qəbələ-Xanlar”, "Xankəndi", "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”,- o bildirib.
Digər Xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR

Bu avtobusun hərəkət sxemi dəyişdirilir

Qurban bayramı hazırlıq nə yerdədir?

Aprelin son gününə olan hava proqnozu

Sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO

Azərbaycanda növbəti torpaq hərracı elan edildi

Sarıcalı və Ballıcaya qayıdış: daha 54 ailə yurduna döndü
