Sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb. Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.
Adalet.az xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Digər Xəbərlər

Bu avtobusun hərəkət sxemi dəyişdirilir

Qurban bayramı hazırlıq nə yerdədir?

Aprelin son gününə olan hava proqnozu

Azərbaycanda növbəti torpaq hərracı elan edildi

"Baku Castle", "White Palace", "Xəmsə", "Ağ Çiçəyim" cərimələndi

Sarıcalı və Ballıcaya qayıdış: daha 54 ailə yurduna döndü

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA
