29 Aprel 2025 17:05
137
AVTOMABİL

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.