Banan qanı qatılaşdırır – Tromb yaradan qidalar

Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.
Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.
Həkim xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara - ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır. Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər. Xüsusən yaşlılar üçün zərərli məhsulların adları çəkilib.
"Qanın maye komponenti var - plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır”, - həkim qeyd edib.
Qatılaşmanı artıran qidalar:
Kartof, banan, şəkər, bütün şirniyyatlar, alkoqol, qazlı içkilər, bəzi göyərtilər: cəfəri, şüyüd, qoz.
Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırmalı və ya tamamilə istisna etməlidir.
Digər Xəbərlər

Uşağınızın qorxusu mənasız olsa da...

"Sağlam həyat tərzi zehni gücü artırır"

Sürətli arıqlamağın sirri

Bu meyvələr sizi kökəldə bilər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq
