Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ

Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğında həyətdə olan maşınlar da yanıb.
Adalet.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.
Digər Xəbərlər

Uşağa pul göstərib, sonra oğurlayıbmış - VİDEO

Bakıdakı güclü yanğın tam SÖNDÜRÜLDÜ - YENİLƏNİB + VİDEO

Qubada qaya parçaları yola düşüb - 10 kəndlə əlaqə kəsilib - VİDEO
