BMqT: 2024-cü ildə miqrant ölümlərinin sayı rekord həddə çatıb

2024-cü ildə dünya üzrə miqrantların ölüm sayı təxminən 9 min nəfərə çatıb ki, bu da son beş ilin ən yüksək göstəricisidir.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, 2024-cü ildə miqrasiya marşrutlarında 8 938 nəfər ölüb. Lakin real ölüm sayı daha yüksək ola bilər, çünki bir çox hadisələr sənədləşdirilməmiş qalır.
Ən çox ölüm halları Asiyada – 2 788 nəfər, Afrikada – 2 242 və Aralıq dənizi regionunda – 2 452 nəfər qeydə alınıb. Avropada bu göstərici 233 nəfər təşkil edir.
İlkin məlumatlara görə, Amerikada azı 1 233 miqrant ölüb ki, bunlara Karib regionunda rekord sayda 341 hadisə və Daryen körfəzini keçərkən 174 ölüm halı daxildir.
BMT vurğulayıb ki, ölənlərin əksəriyyətinin kimliyi müəyyən edilməyib.
Digər Xəbərlər

Ukrayna Kurskda 69 min döyüşçü itirib? - Rusiyanın iddiası

Paşinyandan yeni konstitusiya bağlı AÇIQLAMA

Tramp: ABŞ Çinlə müharibə istəmir, amma buna hazırdır

İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır

Kılıçdaroğlu yenidən CHP liderliyinə qayıdır?

İmamoğlu ifadə verib - İttihamları rədd edir - YENİLƏNİB

Zelenski: BMT sülhməramlıları Ukraynanı təkrar hərbi təcavüzdən qoruya bilməz
