BXA-nın nümayəndə heyəti Qazaxıstana səfər edib

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) nümayəndə heyəti - Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova və Baletmeyster sənəti kafedrasının müdiri Lyudmila Həsənova, eləcə də akademiyanın tələbələri Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Vətən Müharibəsinin Qələbəsinin 80 illiyinə həsr olunmuş Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsinə qatılıb.
Müsabiqə çərçivəsində T. Muradova Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirib.
Ustad dərslərində Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarusun müəllim-tələbə heyəti iştirak edib. O, ustad dərslərində “Uzundərə” rəqsini tədris edib. T. Muradova keçirdiyi ustad dərslərinə və Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsində rəhbər kimi iştirakına görə mükafatla təltif edilib.
Eyni zamanda, BXA-nın nümayəndələri festival-müsabiqə daxilində təşkil olunmuş dəyirmi masada iştirak edib.
Dəyirmi masa ətrafında çıxış edən L. Həsənova akademiyanın yaranma tarixi, fəaliyyəti, yerli və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
MDB ölkələrinin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festival-müsabiqəyə qatılan tələbələrimiz də böyük uğurla çıxış edib. Tələbələrimizdən biri Xəyal Pənahov “Ən yaxşı ifa (ansambl)” mükafatına layiq görülüb. Xatırladaq ki, Lyudmila Həsənova sözügedən müsabiqədə münsiflər heyətinin üzvü olub.
Digər Xəbərlər

Ermənilərin serialı Türkiyədə yayımlanacaq: “Luys TV”-də

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir – FOTOLAR

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni baş rejissor təyin olundu

Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans keçirilib

Azərbaycan "Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimində təmsil olunub

“AzDrama”da qalmaqal bitmir - OLAY

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur - FOTOLAR
