15 Aprel 2025 16:20
277
MƏDƏNİYYƏT

Ermənilərin serialı Türkiyədə yayımlanacaq: “Luys TV”-də

Ermənilər Türkiyədə bir yeniliyə imza atıb.


Adalet.az xəbər verir ki, Türkiyədə yayımlanan ilk erməni-türk telekanalı “Luys TV” X-in mikrobloqunda “4 yaramaz çocuk” (4 afacan çocuk) serialının tezliklə yayımlanacağını açıqlayıb. Və bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq.
Məlumatı Türkiyədə fəaliyyət göstərən Ermenihaber.am yayıb.

Bildirilir ki, serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.
Qeyd edək ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. 2019-cu ildə yayımlanmağa başlayıb. Yanvarın 6-da. Yayımlanan proqramların 70 faizi ermənicə, 30 faizi isə türk dilindədir.

Kanalın yayımlarında adətən xəbər proqramları, uşaq proqramları, sosial və mədəni həyatla bağlı müxtəlif proqramlar yer alır.


Əntiqə Rəşid