16 Aprel 2025 10:43
137
İDMAN

Çempionlar Liqası: "Real" "Arsenal"la, "Bavariya" "İnter"lə cavab matçına çıxır

Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçının adına aydınlıq gələcək.

Adalet.az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçiriləcək.

"Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edəcək. Cütün qalibi yarımfinalda PSJ-yə rəqib olacaq.

"Bavariya" isə "San Siro"da 1 həftə əvvəl məğlub olduğu "İnter"lə qarşılaşacaq. Bu cütün güclüsü  1/2 finalda "Barselona" ilə üz-üzə gələcək.

Bugünkü hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

16 aprel

23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)

"Santyaqo Berbabeu"

İlk oyun - 0:3

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)

İlk oyun - 2:1