16 Aprel 2025 17:26
363
SİYASƏT

Kavelaşvili Sahibə Qafarova ilə görüşüb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ölkələrimiz arasında tarixən möhkəm dostluq, həmçinin Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığının əsas istiqamətləri barədə danışdıq. Görüş zamanı parlamentlərin səmərəli əməkdaşlığını vurğuladıq və bu tərəfdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı perspektivləri müzakirə etdik", - o vurğulayıb.