16 Aprel 2025 17:37
356
SİYASƏT

İranla Azərbaycan arasında bu sazişin ilkin imzalanması təsdiq edilib

İran İslam Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında Sazişin ilkin imzalanması təsdiq edilib.

Adalet.az xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, İran Nazirlər Kabinetinin aprelin 16-da keçirilən toplantısında İran İslam Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında Sazişin ilkin imzalanması təsdiq edilib.

Məlumata görə, İran və Qazaxıstan arasında vizasız rejim müddətinin 14 gündən 30 günə qədər artırılması da təsdiqlənib.