15 Aprel 2025 09:42
325
İDMAN

Çempionlar Liqası: "Dortmund" "Barselona"nı, "Aston Villa" PSJ-ni qəbul edəcək

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edəcək. 

PSJ isə səfərdə “Aston Villa”nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya)

İlk oyun - 0:4.

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:3.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.