Çanaqqala boğazı hər iki istiqamətdə BAĞLANDI

Çanaqqala boğazında sıx duman səbəbindən tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Adalet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Boğaz Naviqasiya İdarəsi şimal və cənub istiqamətlərində üzən gəmilərin kapitanlarına yerli vaxtla saat 06:20-dən körfəzin hər iki istiqamətdə tranzit gəmilər üçün bağlandığı məlumatını verib.
Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilir.
Digər Xəbərlər

Zelenski Rusiyaya atəşkəs üçün yeni format TƏKLİF EDİB

Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək

Ersin Tatar adada keçirilən aksiyalar barədə: “Əsla icazə verməyəcəm”
