30 Oktyabr 2024 08:44
2492
TEXNOLOGİYA

Çin pilotsuz gəmini orbitə çıxarıb

Çin üç taykonavtla “Şençjou-19” pilotsuz gəmisini orbitə çıxarıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Szütsüan kosmodromun buraxılış mərkəzinin rəhbəri Szou Lipen bildirib.

“Şençjou-19” dəqiq təyin olunmuş orbitə çıxıb, günəş yelkəni açılıb, gəmi normal iş rejimində fəaliyyət göstərir. Buraxılışı uğurlu elan edirəm”, – rəsmi şəxs vurğulayıb.

Pilotsuz gəmi Bakı vaxtı ilə oktyabrın 30-u saat 00:27-də Szütsüan kosmodromundan buraxılıb və təxminən saat 7:00-da Çinin “Tyanqun” orbital stansiyası ilə birləşəcək.

Stansiya üç nəfər üçün nəzərdə tutulub. O, Yer səthindən təxminən 400 km hündürlükdə yerləşir və çəkisi 66 tondur. Bölmələrinin həcmi 110 kubmetrə çatır. Stansiya 2022-ci ildə işə salınıb və 2032-ci ildə istismardan çıxarılacaq.