24 Mart 2025 10:47
288
GÜNDƏM

DİN-ə müraciət etmək istəyənlərin nəzərinə - VİDEO

Polis orqanlarına ünvanlamaq istədiyiniz elektron müraciətləri artıq vahid platforma olan “E-Polis” mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Bunun üçün proqrama daxil olub “Elektron müraciət” xidmətinə keçid edirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsinə kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursunuz.

Məlumatlar düzgün olduğu təqdirdə isə “Davam et” düyməsini sıxaraq növbəti mərhələyə keçirsiniz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub “Davam et” düyməsini klikləyirsiz. Sonra gələn “Ümumi məlumatlar” hissəsində müraciət edən şəxs kateqoriyasını, "Hara ünvanlanır", "Müraciətin növü"nü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiniz.

Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsınız. Növbəti düyməsini sıxaraq “cavabdeh barədə məlumatlar” hissəsində şikayət etdiyiniz şəxs haqda bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsınız. Mətni, şəkil və ya sənəd varsa, onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz.

Beləliklə, prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur", - DİN-dən bildirilib.